Restoran, Kafe və Keytrinq şirkətlərinə kadr təminatında ödənişsiz dəstək oluruq

İR sahəsində namizədlər bazasının formalaşmasından, təcrübəli işçilərin təmin olunmasınadək tam olaraq ödənişsiz dəstək oluruq.

Illustration

Bizimlə əməkdaşlıqdan faydalanan qurumlar

Illustration
Illustration
Illustration
Illustration
Illustration
Illustration

Şirkətlər üçün ödənişsiz xidmətlərimiz

  • Illustration

    Ödənişsiz restoranların təcrübəçilər ilə təminatı

    Bu proqram işəgötürənlərə müvafiq sahədə təhsil alan şəxsləri ödənişsiz təcrübəçi kimi qəbul etmək imkanı verir. Bu təcrübəçilər, həmin sahədə real iş təcrübəsi qazanır, peşəkar bacarıqlarını inkişaf etdirir və eyni zamanda müəssisənin fəaliyyətinə töhfə verirlər.

  • Illustration

    Ödənişsiz CV bankı

    Ödənişsiz CV bankı, iş axtaran şəxslərin öz təcrübə və bacarıqlarını işəgötürənlərə təqdim etmələri üçün yaradılmış bir platformadır. Bu bank, həm iş axtaranlar, həm də işəgötürənlər üçün pulsuz olaraq fəaliyyət göstərir və bu iki tərəfin bir-biri ilə əlaqə qurmasını asanlaşdırır.  
    www.cvbanki.com

  • Illustration

    Ödənişsiz distant rekrutinq xidməti

    Ödənişsiz distant rekrutinq xidməti, işəgötürənlərə işçi axtarışı və işə qəbul proseslərində uzaqdan dəstək təklif edən bir xidmətdir. Faydası:İşçi Axtarışı və Seçimi: Potensial namizədlərin axtarışı, CV-lərin təhlili, namizədlərin ilkin müsahibələrdən keçirilməsi və ən uyğun namizədlərin seçilməsi.İşəgötürənlərlə Koordinasiya: İşəgötürənlərlə yaxın əməkdaşlıq, onların tələblərinin anlaşılması və uyğun namizədlərin təqdim edilməsi.İşə Qəbul Prosesinin Yönləndirilməsi: Təsdiqlənmiş namizədlərin işə qəbul prosesinin idarə edilməsi, əmək müqavilələrinin hazırlanması və təşkilati məsələlərdə dəstək.

Restoranlar üçün PDF təqdimatı endirin

icon

Tərəfdaşlarımıza verdiyimiz fayda

09.03.2023-28.11.2023 aralığında tərəfdaşlarımıza təqdim etdiyimiz ödənişsiz servislər və dövlət proqramında iştirak imkanı nəticəsində əldə etdiyimiz nəticələr

₼170,470

Tərəfdaşlarımız 170,470 AZN maaş fondunda xərclərinə qənaət ədib

₼0

Tərəfdaşlarımız bizimlə əməkdaşlığa 0₼ xərcləyib

423

Tərəfdaşlarımız 423 nəfər özlərinin seçidiyi praktikantı müəssisəsinə cəlb edib

251

Tərəfdaşlarımız bizimlə əməkdaşlıq çərçivəsində 251 vakansiyasını uyğun əməkdaş ilə təmin edə bilib

1,449

Tərəfdaşlarımız üçün çağrı mərkəzimiz və koordinatorlarımızın dəstəyi nəticəsində 1,449 nəfərin müsahibəsi təşkil olunub

13,000,000+

Tərəfdaşlarımız tədris tərəfdaşı olaraq reklam edilib və eyni zamanda namizədlərin cəlb edilməsi məqsədi ilə 13,000,000 dəfədən çox reklamlar nümaiş etdirilib

14,093

Proqramda iştirak etmək istəyən şəxslər tərəfindən (namizədlər tərəfindən) 14,093 müraciət qəbul olunub

₼35,840+

Namizədlərin müraciətlərinin toplanması üçün 35,840 AZN reklamlara vəsait xərclənib

İşçi tapmaqda dəstək oluruq

Sizin vakansiyalara uyğun namizədləri biz toplayırıq

Biz marketinq büdcəsi ayıraraq, sizin vakansiyalara uyğun namizədləri müxtəlif iş saytları və media kanalları vasitəsi ilə sizin üçün toplayırıq

Müsahibələrin koordinasiyası

Bizim çağrı mərkəzi və koordinatorlar namizədlər ilə əlaqə saxlayır və müsahibəyə onları dəvət edir. Həmçinin sizdə məkan olmadıqda, bizim ofisdə müsahibələri təşkil edə bilir. 

Uyğun namizədlərin praktikaya müəssisənizə yönəldirik

Müsahibədə təsdiqlədiyiniz namizədləri bir aylıq praktikaya cəlb edirsiz.Bu müddətdə praktikanlar 345AZN dövlətdən təqaüd alırlar. Bununlada müəssisəniz adaptasiya xərclərinə 403AZN hər praktikantda qənaət etmiş olur.

Bəyəndiyiniz namizədləri işə götürürsünüz

Praktikanın sonunda bəyəndiyiniz namizədləri işlə təmin edirsiniz

49 vacancy chair search employee worker job business

Qaynar vakansiyaları bağlamaq üçün bizim işçi bazasından istifadə imkanı

Paralel olaraq bir neçə tərəfdaşımızda təlimlər keçirilir və təlimin sonunda hər tərəfdaş öz vakansiyalarına uyğun praktikantları işlə təmin edir, təlimi bitirmiş, imtahandan uğurla keçmiş amma işlə təmin olunmamış namizədləri
şəbəkəmizdə olan digər tərəfdaşlara yönəldirik.

Şirkətlər üçün proqramda iştirak etmənin üstünlükləri

1

İşəgötürmə xərclərinin və risklərinin azaldılması;

2

Şirkətinizin öz ehtiyaclarına uyğun hazırlanmış işçi qüvvəsinin formalaşması;

3

Nəzəri və praktiki təcrübə keçmiş, müxtəlif şirkətlərdə tədris almış namizədlərin bazasına ödənişsiz istifadə imkanı.

4

Birgə tədris proqramımızda iştirak etməklə şirkətiniz korporativ sosial məsuliyyətli şirkət kimi öz reputasiyasını artırmaq və ölkənin işçi qüvvəsinin inkişafına töhfə vermək imkanı əldə edir.

Tez-tez verilən suallar

  • Xidmətlər şirkət üçün ödənişlidir?

    Xidmətlərimiz namizədlər və şirkətlər üçün ödənişsizdir (Layihə dövlət tərəfindən maliyyələşdirilir)

  • Praktikantları necə rəsmiləşdiririk?

    Sizinlə tədris tərəfdaşı olaraq memorandum bağlanır, sizin müəssisə istehsalat-təcrübə məkanı kimi qeyd edilir.
    Hər qrup üçün Dövlət Məşğulluq Agentliyi və “Peşəkar” tərəfindən təlim əmri verilir və qruplar rəsmi olaraq sizin müəssisədə praktikada təlimlərdə iştirak edir. 

  • Praktikanların sığorta məsələsi necə həll edilir?

    Peşəkar tərəfindən Fərdi qəza sığortası ilə 2500azn-lik qəza hallarından və 200azn-lik tibbi məsələlər üzrə praktikantlar sığortalanılır

  • Namizədləri necə tapırsız?

    Prosper (www.prosper.az) Marketinq şirkətimiz reklamlar edir, müxtəlif kanallardan insanları cəlb edirik.

  • Praktikantları biz təsdiqləyirik?

    Bəli, müsahibəni bizim çağrı mərkəzi və koordinatorlarımız təşkil edir, amma müsahibədə namizədlər ilə siz görüşüb namizədi təsdiq edirsiniz

  • İşlə təminat öhdəliyimiz var?

    Peşəkar olaraq 40% işlə təminat bizim dövlət qarşısında öhdəliyimiz var, yəni 100 nəfər praktikadan keçirsə, 40-nı işlə təmin etməliyik. Amma tərəfdaşlarımızdan xahiş edirik mümkün qədər praktikantı işlə təmin etsinlər, 40%-dan az olduqda bizim HR agentlik “Advance” (www.advancehragency.com)məzunları işlə təmin edir.

  • Tərəfdaşlıq bizim biznes proseslərdə əlavə iş yükü yaradırmı?

    Xeyr, eynən işçi axtaranda necə müsahibə keçirilirsə, eyni qaydada praktika üzrə namizədlər ilə müsahibə keçirirsiniz.
    İşçi ilə praktikant fərqi odur ki, praktikanta 345azn dövlət ödəyir və bu da şirkətiniz üçün hər praktikantda 403azn qənaət yaradır. Hal hazırda 365 nəfər praktikadan keçib (21.08.2023 tarixinə) buda tərəfdaşlarımıza 146.000azn adaptasiya xərclərində qənaət edib.

  • Neçə nəfər artıq sizə müraciət edib?

    Toplam olaraq 5 ay müddətində (21.08.2023 tarixinə) 11616 müraciət qəbul etmişik.

  • Neçə müsahibə təşkil etmisiz?

    5 ay müddətində (21.08.2023 tarixinə) 1339 namizəd müsahibədə iştirak edib

  • İştirakçılar ilə maddi-məsuliyyət necə təmizlənir?

    Sizin şirkət ilə praktikant arasında maddi məsuliyyət müqaviləsi bağlaya bilərsiniz

  • Qaynar vakansiyalara işçi təminatını necə təşkil edirsiz?

    Paralel olaraq bir neçə tərəfdaşımızda təlimlər keçirilir və təlimin sonunda hər tərəfdaş öz vakansiyalarına uyğun praktikantları işlə təmin edir, təlimi bitirmiş, imtahandan uğurla keçmiş amma işlə təmin olunmamış namizədləri şəbəkəmizdə olan digər tərəfdaşlara yönəldirik.

  • Rayonlardada işçi təminatında dəstək ola bilərsiniz?

    Digər layihəmiz çərçivəsində 77 rayonda (Naxçıvan və Qarabağ xaric, bütün rayonlarda) əməkdaşlarımız var.
    Rayonda işçi təminatı təcrübəmiz (21.08.2023) tarixinə hələki yoxdur, amma işəgötürənlərin tələblərinə uyğun 1 rayondan başlamaq istəyirik və namizəd cəlb etməni təmin edə bilsək, rayonlardada fəaliyyətimizi genişləndirəcəyik.

  • Hansı sahələrdə sizinlə əməkdaşlıq etmək olar?

    Hal hazırda restoran, mağaza, tikiş, sığorta, kənd təsərrüfatı, tikinti, çağrı mərkəzləri ilə işə fokuslanmışıq. Yeni sahələrə açıqıq, əsas göstərici tərəfdaşımızın iş yerlərinin olmasıdır.

  • Ayrı suallarımızda var, necə məlumat ala bilərik?

    Hər hansı bir sualınız olarsa və ya əməkdaşlıq etmək istəyirsinizsə zəhmət olmasa +994 50 244-80-55 və ya za.repsorp%40vorafasv ilə əlaqə saxlayın

Əməkdaşlığa başlamaq üçün nə etməliyik?

050 244-80-55 nömrəsi ilə əlaqə saxlayaraq əməkdaşlığq hazır olduğunuzu bildirirsiniz.
za.repsorp%40vorafasv ünvanına mövcud və planlaşdırılın vakansiyalarınızın siyahısını və hər vakansiya üzrə hansı tarixlərdən neçə nəfəri işə götürə bilərsiniz, neçə nəfəri praktikaya cəlb edə bilərsiniz və hər vakansiya üzrə namizədə minimal tələbləri yollayırsız
Sizinlə razılaşdırıb, namizədləri başlayırıq sizə müsahibələrə yollamağa