Hədəflər:Tədrisin və imtahanların yüksək standartlarda və effektiv şəkildə təşkil edilməsini təmin etmək.Təlim və qiymətləndirmə proseslərinin şəffaflığını qorumaq.Tələbələrin öyrənmə və qiymətləndirmə təcrübələrini optimallaşdırmaq.Kurs materiallarının və imtahanların müasir təhsil standartlarına uyğun olmasını təmin etmək.
Vəzifələr:Tədris materiallarının və imtahan suallarının hazırlanmasında keyfiyyət standartlarının təmin edilməsi.Tədris və qiymətləndirmə metodlarının müasir tələblərə uyğun yenilənməsi.
Sınaq dərslərinin planlaşdırılması, hazırlanması və icrası.
Kursların planlaşdırılması, hazırlanması və icrası.Kurslar zamanı texniki və tədris dəstəyinin təmin edilməsi.
Təcrübə məkanları ilə təcrübə dərslərinin planlaşdırılması, hazırlanması və icrası.Təcrübə məkanlarında təlimə aid sənədlərin icrasının vaxtında və düzgün tərtib edildiyinin təmin edilməsi.Tələbələr barəsində istehsalat-təcrübə rəhbərlərindən rəylərin toplanması.
İmtahanların planlaşdırılması, hazırlanması və icrası.
İmtahanlar zamanı texniki və tədris dəstəyinin təmin edilməsi.İmtahana aid sənədlərin icrasının vaxtında və düzgün tərtib edildiyinin təmin edilməsi.İmtahan nəticələrinin obyektiv və şəffaf şəkildə qiymətləndirilməsi və elan edilməsi.
Sertifikasiya mərasiminin planlaşdırılması, hazırlanması və icrası.
Kurs və imtahanların təkmilləşdirilməsi üçün rəylərin toplanması və təhlili.